Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov özünü dənizə atan şəxsin həyatını xilas edib.
Musavat.com xəbər verir ki, bu barədə Fərid Şahbazlı facebook sosial şəbəkəsində məlumat paylaşıb.
F.Şahbazlı yazıb: “Bir az əvvəl Cavid Yadigar Zeynalovla Dənizkənarı Milli Parkda gəzirdik. Ani olaraq bir vətəndaşın özünü dənizə atdığını gördük. Xilasedicilərin gəlməsi üçün zaman lazım idi. Cavid ani olaraq əlindəki əşyaları tullayıb özünü dənizə atdı, 50 metr məsafəyə üzdü, artıq boğulmaqda olan şəxsin başını sudan çıxartdı və onu suyun üstündə tutdu. Bir neçə dəqiqədən sonra xilasedicilər gəldi və vətəndaşın həyatı xilas edildi.
Yüzlərlə vətəndaşın qarşısında baş verən hadisə alqışlarla qarşılandı. Var ol, Cavid!”
Musavat.com








