İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada casusluqda şübhəli bilinən rusiyalı həbs edilib

453 10.07.2023 15:47 Son xəbər A A

Polşa xüsusi xidmət orqanları Rusiya vətəndaşını casusluqda şübhəli bilərək saxlayıb.

Musavat.com xəbər verir ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski bu barədə verdiyi açıqlama ABŞ-da çıxan "Politico" qəzetində yer alıb.

"Şübhəli şəxs hərbi obyektləri və dəniz limanlarını izləyib" deyən polşalı nazir saxlanılan şəxsə "ruslar tərəfindən sistemli şəkildə pul ödənildiyini" söyləyib.

İyunun 30-da casusluq və Moskvanın maraqlarına uyğun hərəkət etdiyi iddia edilən rusiyalı hokkeyçi Maksim Sergeyev saxlanılıb. Polşanın “Zaqlembe” klubunda çıxış edən hokkeyçi casus şəbəkəsinin üzvü olmaqda  ittihamı olunur. Onu 10 ilə qədər həbs gözləyir.  Məhkəmə hokkeyçinin 3 ay müddətinə həbs edilməsinə qərar verib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR