Polşa Xarici İşlər Nazirliyinin (XİN) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən bütün məzunları XİN-dəki rəhbər vəzifələrdən çıxarılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Yaçek Çaputoviç bildirib.
Onun sözlərinə görə, nazirliyin yüksək kadr tərkibi təxminən 100 faiz dəyişdirilib. İndi ölkədə, xaricdəki rəhbər vəzifələrdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən məzunlar yoxdur.
Çaputoviç əlavə edib ki, məmurların hakimiyyətin apardığı siyasətə loyallığı hökumət üçün vacibdir.






