İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa XİN-i ABŞ-dan NATO-nun ölkədəki hərbi iştirakının genişləndirilməsini xahiş edib

404 17.02.2016 02:29 Dünya A A
Polşa XİN rəhbəri Vitold Vaşikovski ABŞ-dan NATO-nun ölkədəki hərbi iştirakının genişləndirilməsinə dəstək göstərməyi xahiş edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Vitold Vaşikovskinin “The New York Times” nəşrində dərc edilən məqaləsində bildirilir.     
 
Vaşikovski polşalı hərbçilərin ABŞ-ın Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarında iştirak etməsini xatırladaraq, Varşavanın  Vaşinqtonu tək strateji tərəfdaş deyil, həmçinin “yaxın dost” və ümumi tarix və dəyərlərə malik müttəfiq saydığını vurğulayıb.   
 
O, həmçinin, Amerika tərəfinin Aİ-dəki böhran və “ölkənin sərhədində aparılan müharibə” ilə əlaqədar yaranan problemləri anlamasının vacibliyini qeyd edib.   
 
Bundan əvvəl, mətbuatda NATO-nun Şərqi Avropa və Baltikyanı ölkələrdə əlavə qüvvələrin yerləşdirilməsinin mümkünlüyü barədə məlumatlar yer alıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR