İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa koronovirusla mübarizə məqsədilə gizliliyi təmin edən mobil tətbiqetməni işə salır

334 11.06.2020 04:56 Dünya A A

Polşa koronovirusla mübarizə məqsədi üçün gizliliyi təmin edən mobil tətbiqetməni işə salır. Mobil tətbiqetmə yeni ocaqları tapıb vaxtında müdaxilə etməyə kömək edəcək.

AZƏRTAC xəbər verir ki, Polşanın son tətbiqi ölkədə virusun yayılmasına qarşı bəzi məhdudiyyətləri qaldırdıqdan sonra əmələ gələn yeni yoluxmaların qarşısını almaq üçündür. Mobil əlavə hər kəsin telefonunda olacaq. Yoluxmuş şəxs özünü anonim qeyd edərək iki həftə ərzində vəziyyətindəki məlumatları mərkəzə ötürəcək. Bununla belə istifadəçi heç bir şəxsi məlumatını daxil etməyə məcbur deyil.

Proqram yaradıcıları əsas diqqətin insanların gizliliyinin qorunmasına yönəldiyini deyib. Çünki bundan əvvəlki mobil əlavələrdə gizliliklə bağlı problemlər yaşanmışdı.

Hazırda Polşada 27 mi 365 yoluxma qeydə alınıb, 1172 nəfər vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR