“Polşa Avropa ölkələri arasında ən güclü quru qoşunlarını yaratmağa çalışır”.
Musavat.com xarici agentliklrə istinadən xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak yerli “Sieci” jurnalına müsahibəsində deyib.
Blaşçakın sözlərinə görə, “Polşa ordusu o qədər çoxsaylı və güclü olmalıdır ki, onun mövcudluğu potensial təcavüzkarı qorxuya salsın”.
"Kreml hökmdarları güclüləri vurmağa çəkinir. Onlar zəifgörəndə hücuma keçirlər. İstər artilleriya, istərsə də zirehli texnika baxımından Avropada ən güclü ölkə tapmaq çətindir. Onaq görə dəAvropanın NATO ölkələri arasında ən güclü ordu bizim olaca. Biz cəbhə xəttindəyik, şimalda Rusiya ilə sərhədimiz var və faktiki olaraq hərbi baxımdan Rusiyanın yanında duran Belarusla eyni hüdudları paylaşırıq”, - deyə Polşa naziri söyləyib.
Mariuş Blaşçak bunun üçün həm Almaniya, həm də Cənubi Koreya silah istehsalçıları ilə danışıqlar apardığını təsdiqləyib.
Xatırladaq ki, bu həftə Polşa xarici işlər nazirinin müavini Şimon Şinkovski Almaniyanı Ukraynaya təhvil verdiyi silah ehtiyatlarının artırılmasına dair razılaşmaları pozmaqda ittiham etmişdi.
Musavat.com






