Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Musavat.com-un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı xarici mətbuatda yayılan iddialara cavab olara bildirib.
V.Dərgahlı deyib: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".
Musavat.com






