İnsanlara hürriyət, millətlərə istiqlal!

Politico: “Trampı nahar vaxtı yaxalayan respublikaçı senatorlar onu bərk əsəbiləşdiriblər”

575 15.03.2019 21:53 Dünya A A

ABŞ prezidenti Donald Tramp nahar yeməyini kəsən 3 respublikaçı senatorun gəlişindən özündən çıxıb.

Ölkənin nüfuzlu saytı sayılan politico.com-un verdiyi məlumata görə, respublikaçı senatorlar parlamentin yuxarı palatasında pezidentə Meksika ilə sərhəddə divar tikməyi qadağan edən qətnamənin səsə qoyulması ərəfəsində prezidentlə görüşmək istəyiblər.

Texas ştatından senator Ted Kruz, Cənubi Karolinalı Lindsi Qrem və Nebraska ştatından senator Ben Sasse Ağ Evin sahibini nahar edərkən yaxalaya biliblər. Onlar bu həftənin 3-cü günü Trampın köməkçisinə zəng vuraraq artıq yolda olduqlarını və prezidentlə mövcud situasiyanı müzakirə etmək və birgə plan işləyib hazırlamaq istədiklərini çatdırıblar.

Lakin gözlənilməz şəkildə baş tutan diskussiya məhsuldar keçməyib.

Картинки по запросу tramp

Ağ Evin rəsmisi Şahira Naytın sözlərinə görə, senatorlar prezidentlə heç bir müddəada razılaşmadıqları üçün “görüş əldə edilmək istənilən nəticədən çox, ziyan gətirib”.

Hər halda Respublikaçılar parityasından olan 12 senator səsvermədə Donald Trampın Meksika ilə sərhəddə tikmək istədiyi divara görə ölkədə elan etdiyi fövqaladə vəziyyət rejimini ləğvinə səs verən demokratlara qoşulublar.

Nəticədə qətnamə Senatdan keçib. Donald Tramp isə qanunverici palataya acıq verirmişcəsinə tvitter hesabında sadəcə bir söz yazıb-Veto!”

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR