POLİSLƏR “YENİ MÜSAVAT”ın ƏVƏZİNƏ... PİKET KEÇİRDİ
Piketin fevralın 19-da saat 15:00-dan 15:30-dək Sabir bağında keçirilməsi nəzərdə tutulurdu. Aksiya zamanı “Mətbuata təzyiqlərə son qoyulsun!”, “Diffamasiya haqqında qanun qəbul edilsin!”, “Həbsdə olan jurnalistlər azad edilsin!” şüarları səsləndiriləcəkdi.
Piketdə 50 nəfərin iştirakı planlaşdırılırdı. BŞİH isə “Yeni Müsavat”ın piket keçirmək istəyinə rədd cavabı vermişdi. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu meriyanın rədd cavabını şərh edərkən bildirmişdi ki, qəzet bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcək. Eyni zamanda BŞİH-in müvafiq bildiyi yerdə piket keçirmək üçün növbəti dəfə müraciət olunacaq. “Növbəti müraciətimizə də rədd cavabı verilsə, heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində piket keçirəcəyik” - deyə R.Arifoğlu bildirmişdi.
Ona görə də dünənə təyin olunan piket növbəti müraciətə cavab verilənə qədər təxirə salınmışdı. Dünən “Yeni Müsavat”ın piket keçirmək istədiyi Sabir bağına xeyli polis toplaşıb. Bu barədə piketə qoşulmaq istəyənlərdən biri, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. N.Cəfəroğlu deyib ki, qeyd olunan əraziyə hüquq müdafiəçiləri ilə yanaşı xeyli adam da gəlib: “Polislər əraziyə toplaşanlarla normal davrandılar. Elə bilirdilər ki, piket olacaq. Onlar da bizim kimi piket keçirilməsi ilə bağlı məlumatı oxusalar da Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət etməyinizlə bağlı informasiya ilə tanış deyilmişlər. Biz dəqiqləşdirib polisə dedik ki, aksiya olmayacaq. Amma bizə inanmadılar, qalıb siz jurnalistlərin yerinə piket keçirdilər”.