Bu gün Musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da ölkə gündəmi müzakirə olunacaq. Azərbaycanda ikigünlük evdə qalma qadağası, bununla bağlı ortaya çıxan nəticələr, polislərlə baş verən qarşıdurmalar nəyin nəticəsidir?
Bu tədbir effektli olmadımı? Polisin son əməliyyatları niyə mübahisə doğurdu? İcra başçılarının silsilə həbslərindən sonra yaranan fasilə, yarımçıq qalan iqtidar-müxalifət dialoqu, eyni zamanda prezident İlham Əliyevin Tərtər səfərində verdiyi mesajlar müzakirə mövzularındandır. İkigünlük küçəyə çıxma qadağası koronavirus statistikasının azalmasına səbəb olacaq, yoxsa...? İnsanları evdə saxlamağın yolları nədən ibarətdir?
Saat 12.00-da start götürən yayında millət vəkili Fazil Mustafa ilə Ağ Partiyanın sədri Tural Abbaslı sadalanan mövzuları müzakirə edəcək, tamaşaçıların rəyləri oxunacaq. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






