İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisi görən zaman narkotiki yandıran dəstənin işi - Biri 64 yaşlı qadındır

848 11.04.2021 17:54 Kriminal A A

Bakıda polisi görən zaman evdə olan narkotik vasitələri yandıran şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən Azər Ağayev, Sənan Eyvazov, Heydər Məmmədov və 64 yaşlı Mahizər Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə davam etdirilən məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər daha əvvəl də məhkumluq həyatı yaşayıblar. Onlar elan olunmuş ittihamla özlərini qismən təqsirli bilib.

Adı çəkilən şəxslər Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar.

Polis əməkdaşları əməliyyat məlumatına əsasən Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində 1 nömrəli binadakı mənzilə baxış keçirmək istəyib.

Əməliyyat başlamadan bir neçə dəqiqə əvvəl mənzildə yanğın başlayıb. Məlum olub ki, şübhəli şəxslər polis əməkdaşlarının gəldiyini görərək əllərində olan narkotiki yandırıblar.

Hadisə yerinə baxış zamanı əməliyyatçılar 23,771 qram psixotrop dərman amfetamin və içində 6 patron olan 9 mm Makarov tapançasını aşkar edərək götürüblər.

Əvvəlcə yanğını törədən Füzuli rayon sakini Sənan Eyvazov saxlanılıb.

Əməliyyatın davamı olaraq dəstə üzvü olmaqda ittiham edilən digər şəxslər də həbs edilib.

Məhkəmə araşdırması davam edir.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR