İnsanlara hürriyət, millətlərə istiqlal!

"Polisə artıq-əskik söz deyəndə, döyməyə haqqı var" - Əməkdar artist

1460 11.06.2020 13:16 Şou-biznes A A

Əməkdar artist Çingiz Əhmədov “3 D” proqramında qonaq olub.

Musavat.com xəbər verir ki, aktyor iki günlük küçəyə çıxma qadağası zamanı Yasamalda baş verən hadisəni şərh edib. Onun sözləri müzakirələrə səbəb olub:

“İki gün küçəyə çıxmaq qadağan olundu. İnsanlar eyvandan polislərə zibil atdılar. Onları evdən elə-belə çıxartmayıblar. Gərək hər kəs birinci özünə hörmət etsin ki, sonra ətrafa hörmət etsin. Polislər də bizim qardaşlarımızdır, bizi qoruyan insanlardır. Polis səni haqsız olaraq evdən döyüb niyə çıxarmalıdır? Deməli, nə isə problem yaranıb”.

Daha sonra o, Dadaş Dadaşlinskinin “Polis nə zaman döyəndə haqlı olur?” sualına belə cavab verib:
“Polisə sataşandan, artıq- əksik danışandan sonra... Biri mən, küçədə kimsə söz desə, cavabını verəcəyəm. Bir az diqqətli olmaq lazımdır. Hər kəs özünə, sözünə, məntiqinə fikir versə, belə şeylər yaranmaz”.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR