İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisdən qaçmaq istəyən taksi sürücüsünün maşını iki divar arasında sıxışıb qaldı - FOTO

582 14.04.2024 01:00 Dünya A A

Türkiyədə, Ankaranın Etimesqut rayonunda sərxoş olduğu üçün polisdən qaçan taksi sürücüsü Y.K.-nın maşını iki divar arasında qalıb.

Sürücü Y.K polis tərəfindən avtomobilin yan şüşəsindən çıxarılaraq yaxalanıb.

Belə ki, hadisə saat 03.30 radələrində Etimesqut rayonunun Altay məhəlləsində baş verib.

Polisin “saxla” xəbərdarlığına tabe olmayan taksi sürücüsü Y.K. “06 T 3940” nömrə nişanlı avtomobillə qaçıb. Y.K bir müddət qaçdıqdan sonra izini itirmək üçün Ayaş-Ankara Yolu bulvarındakı marketin dayanacağına girib.

Polislərin onu izlədiyini görən sürücü yenidən çölə çıxmaq istəyib və avtomobili bazar divarı ilə onun yanındakı yaşayış binasının çöl divarı arasında qalıb. Sürücü Y.K. polis qrupları tərəfindən avtomobilin yan şüşəsindən çıxarılaraq yaxalanıb./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR