İnsanlara hürriyət, millətlərə istiqlal!

POLİS RƏİSİ GENERALIN QOÇU QOHUMUNA GÖRƏ İŞDƏN ÇIXARILDI

20219 29.01.2012 09:42 Ölkə A A
A.Şahverdiyev general Bəylər Əyyubovun bacısı oğludur. Xatırladaq ki, ötən ay Göygöl RPŞ-də iş yoldaşları ilə mübahisə edən A.Şahverdiyev onların avtomobilini gülləboran etmişdi. Hadisə ictimailəşəndən sonra isə A.Şahverdiyev daxili işlər nazirinin əmri ilə polis orqanlarından xaric edilmişdi. Məlumata görə, A.Şahverdiyev yenidən işinə bərpa olunub.
Onu da bildirək ki, bu, A.Şahverdiyevin ilk qoçuluğu deyil. 20011-ci ilin fevralında o, MTN-in Gəncə Şəhər İdarəsinin Şöhrət adlı əməkdaşı ilə dalaşmışdı. Belə ki, MTN əməkdaşı Göygöl rayonunda bir dostunun avtomobil qəzasına düşdüyü üçün hadisə yerinə gedib və insident də burada olub. Göygöl RPŞ-də çalışan A.Şahverdiyev Şöhrətdən yol kənarında saxladığı avtomobili götürməsini tələb edib. Tərəflər arasında baş verən mübahisə zamanı Azər Şöhrətə qarşı fiziki zor tətbiq edib və onu Göygöl PPŞ-yə aparıb. Məsələyə MTN-in Gəncə Şəhər İdarəsinin rəhbərliyi qarışandan sonra saxlanılan şəxsi sərbəst buraxıblar. Xatırladaq ki, A.Şahverdiyev həm də Göygöl rayonunun hərbi komissarı Mail Şahverdiyevin kiçik qardaşıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR