Polis iti səbəbsiz yerə güllələdi - Haqqında cinayət işi açıldı - VİDEO
İzmirin Çiğli qəsəbəsində, komissar müavini M.A, üç ildir polislərin bəslədiyi iti polis bölməsi bağçasında tapançayla vuraraq, yaralayıb. M.A'nın, iti vurduğu anlar isə, polis bölməsinin təhlükəsizlik kameraları tərəfindən qeyd edilib.
Musavat.com xəbər verir ki, İtin ona hər hansı bir hücumu olmadan, polisin onu vurması və hadisə yerindən heç nə olmamış kimi getməsi, insanları qəzəbləndirib. Bundan sonra hadisə daha da böyüyüb.
Qəsəbə sakinləri və heyvansevər vətəndaşların şikayəti əsasında həmin polisin silahı əlindən alınıb. Onun haqqında cinayət işi açılıb. Heyvanların müdafiə təşkilatlarının nümayəndələri, polisin ən ağır cəza alması üçün əllərindən gələni edəcəklərini deyiblər.
Musavat.com






