İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis İsmayıllıda vətəndaşlarla maarifləndirici söhbətlər aparıb

296 14.05.2020 19:00 Ölkə A A

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan musavat.com-a verilən məlumata görə, polis əməkdaşları hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər.

Belə ki, insanlarla təmas zamanı 2 metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb. Həmçinin, RPŞ-nin əməkdaşları tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR