İnsanlara hürriyət, millətlərə istiqlal!

Polat cütlüyü bu əməldən sonra polisin nəzarətinə düşüb - Gizli səfər - VİDEO

1670 13.11.2023 22:00 Gündəm A A

Barələrində “çirkli pulların yuyulması” və “vergidən yayınma” kimi ittihamlar irəli sürülən sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatla bağlı yeni məlumatlar ortaya çıxıb. 

BAKU.WS xəbər verir ki, "CNN Türk" kanalının xəbər direktoru Nihat Uludağ Türkiyədə gündəmə çevrilən cinayət hadisəsi ilə bağlı incə detalları açıqlayıb:

"Onun qeyri-adi həyat hekayəsi var. Fotoqraf kimi başlayan, holdinq şirkətlərinə, məftunedici həyat və həbsxanaya qədər gedib çıxan maraqlı hekayə ortadadır. Dilan və Engin Polat cütlüyündan 500 milyon türk lirəsinin necə əldə etməsi ilə bağlı istintaq gedir.

Pulun böyük hissəsi daşınmaz əmlak və avtomobil sənayesi şirkətlərinə məxsus olub. Bu, Engin Polata məxsus şirkətlər olub. Bu əməliyyatları isə həyata keçirənlər daha çox kredit kartı fırıldaqçıları və qanunsuz mərc oyunları ilə məşğul olan şəxslərdir.

Şimali Kiprə, Batumiyə, Dubaya səfərlər ediblər. Bu yerlər niyə şübhə doğurur? Çünki İngiltərədə qeyri-qanuni mərc oyunlarının həyata keçirildiyi böyük bir struktur var. Həmin pullar Kiprdən, oradan da İngiltərəyə yığılır. Qanunsuz mərc oyunları ilə bağlı insanların toplaşdığı əsas yer isə Şimali Kiprdir.

Digər şübhəli addım Gürcüstanın Batumi şəhəridir. Batumi qeyri-qanuni mərc oyunlarının mərkəzinə çevrilib. Bu səfər də şübhəli sayılır".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR