İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olundu FOTO

529 02.07.2021 21:05 Ölkə A A

Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medallar onların ailələrinə təqdim olunub.

Musavat.com xəbər verir ki, mükafatların təqdimetmə mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirdi ki, Azərbaycan ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ilə qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Vətən müharibəsi ərazilərimizin azad edilməsi, işğalın sona çatması, 30 ilə yaxın davam edən münaqişənin həlli ilə nəticələndi.

Vurğulandı ki, bu Qələbəni cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, canı-qanı bahasına əldə etdik. Bu qələbədə xidməti olmuş hər bir hərbi qulluqçularımız dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” adları, müxtəlif orden və medallarla təltif olunurlar.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Ramiz Cəfərovun, “Qarabağ” ordenli şəhidimiz Taleh Kərimovun, Kapitan Fərrux Həşimovun, gizir Şəhriyar Quliyevin, miçman Ruslan Rəcəbovun, Zaur Ələsgərlinin təltifləri ailələrinə təqdim edib. Təltifləri qəbul edən şəhid ailələri hərbçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR