“Prezident aparatı cənub istiqamətində hərbi əməliyyatların gedişi ilə bağlı məlumatları diqqətlə yoxlamağa, habelə daxili məlumat və subyektiv fikirləri yaymamağa çağırır”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ukraynanın Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Mən bizim istəklərimizi və arzularımızı başa düşürəm. Amma yenə də hər hansı hərbi fəaliyyətimizlə bağlı ehtiyatlı mövqedən yanaşmağı təklif edirəm. Ona görə də fürsətdən istifadə edərək, hər şeyi birbaşa icraçılardan daha yaxşı bilən bütün siyasətçilərə, ekspertlərə və ictimai rəy liderlərinə bir daha xatırladıram: Silahlı Qüvvələrin və ya Ukrayna Müdafiə Nazirliyinin rəsmi açıqlamalarından əvvəl hərbi əməliyyatların gedişi ilə bağlı məlumatlarla manipulyasiya və ya spekulyasiya etməyin. Rəsmi açıqlamalardan əvvəl “supersensasiyalı” bəyanatlar verilməməlidir”, - Podolyak bildirib.
Musavat.com






