İnsanlara hürriyət, millətlərə istiqlal!

“Planet Parni iz Baku”nun bu səhnəciyi müzakirələrə səbəb oldu - VİDEO

2844 26.05.2023 20:01 Mədəniyyət A A

“Planet Parni iz Baku”nun konsertindən TikTok-da yayımlanan görüntülər müzakirələrə səbəb olub.

Musavat.com olay.az-a istinadən xəbər verir ki, buna isə Əməkdar artist Cabir İmanovun səhnəciklərdən birində avtobus sürücülərini təhqir etməsi rəvac verib.
Əməkdar artist Tahir İmanovun “Nəyə görə Bakının ekologiyası pozulub” sualını C.İmanov belə cavablandırıb:

“Niyə belə deyirsiniz? Bakı çox təmiz və ekoloji şəhərdir. Görün burada nə qədər vitaminlər var. Bizim taksilərimiz “badımcandır” (London taksilərini nəzərdə tutur – red.), avtobus sürücüləri xiyardır, avtoşlarımız isə balqabaqdır”.

Onun bu sözləri birmənalı qarşılanmayıb. İzləyicilər İmanovların insanları təhqir etdiyini, yumorlarının gülməli olmadığını yazıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR