PKK-ya qarşı əməliyyat: 11 nəfər həbs edildi
Türkiyənin Ərzincan rayonunda PKK-nın gənclik qoluna qarşı əməliyyat keçirilib.
Musavat.com-un məlumatına görə, 11 PKK-çı həbs edilib.
Tutulanlardan 6 nəfərinin qadın olduğu bildirilir. Terrorla mübarizə idarəsinin həyata keçirdiyi əməliyyat zamanı eyni vaxtda müxtəlif evlərə basqın edən polis 14 nəfəri saxlayıb.
Məhkəməyə aparılan PKK-çılardan 3 nəfəri azad edilib, 11 nəfəri isə həbs olunub.
Gülnar






