İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK Türkiyəyə hücum etdi, Fransa nəşri zəlzələni lağa qoydu - detallar “Canlı debat”da

2075 07.02.2023 11:46 Gündəm A A

PKK/YPG terror təşkilatı Suriyanın Tel-Rıfat bölgəsindən Türkiyənin Öncüpınar sərhəd polis məntəqəsinin məsuliyyət sahəsini reaktiv yaylım atəş qurğusu vasitəsilə raket atəşinə tutub. Bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda heç bir tələfatın olmadığı, terrorçulara misli ilə cavab verildiyi vurğulanıb.

Qeyd edək ki, ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində son məlumata görə, 2921 nəfər ölüb.

Fransız jurnalı “Şarli Hebdo” Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələləri lağa qoyub. Nəşr bu barədə Tvitterdə paylaşım edib. “Türkiyədə zəlzələ. Tank göndərməyə belə ehtiyac yoxdur”, - paylaşımda qeyd edilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız uzun müddət Türkiyədə yaşamış jurnalist Fuad Abbasov olacaq və baş verənləri birgə təhlil edəcəyik.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR