PKK-nın siyasi qolu Ərdoğanı ittiham etdi
Terrorçu PKK-nın siyasi qolu olan HDP yenə gündəmdədir. HDP həmsədri Səlahəddin Demirtaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın fikirlərinə etirazını bildirib. O, Ərdoğanın ““Kürd problemi var”, demək ayrı-seçkilikdir”,- fikrinə etiraz edib. “Kürd yoxdur deməyə cəsarət edə bilmir, onu da deyər”,- S.Demirtaş fikrini bildirib.
Demirtaş deyib ki, prezident dəstəklədiyi partiyaya səs qazandırmaq üçün bir xalqı təhqir etməkdən vaz keçməlidir: “Ortada həll prosesi var. Bunu belə əlinin tərsiylə itələyərək, milliyyətçi səsləri qamarlamaq üçün ölkəni atəşə atmanın mənası yoxdur. Prezident bu ölkədə kürd problemi yox deyə bilər. Hətta ona qalsa, ölkədə kürd yoxdur deyər, ancaq buna cəsarət edə bilmir. O, yox deməklə problem yox olmur”.
Musavat.com






