İnsanlara hürriyət, millətlərə istiqlal!

Pişiyi ölən qadın 4 rəfiqəsi ilə birgə klinikaya hücum edib baytarı döydü - FOTO

1010 03.08.2023 19:17 Son xəbər A A

Ankarada A.K. adlı qadın baytarlıq klinikasında infeksiyadan müalicə olunan pişiyi öldüyü üçün 4 rəfiqəsi ilə birgə klinikaya basqın edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzəbli rəfiqələr baytar Ceren Eroğluna xəsarətlər yetirib, klinikadakı əşyaları dağıdıb. Sözügedən hadisə təhlükəsizlik kamerasına əks olunub.

Baytarlıq klinikasına 4 rəfiqəsi ilə gələn qadın, “Səni rüsvay edəcəm. Boğacağam. Gözlə, sənə daha nə edəcəm. Al sənə klinika", - deyərək hücumu gerçəkləşdirib.

Hadisədən təsirlənən Ceren Eroğlu, "İnsanlar küçədə əllərini-qollarını sallayıb, kimisə döyməsinlər. Heyvanlara qarşı bu qədər yaxşı davrandığımız halda, şiddət görmək qəbuledilməzdir" deyib.

Baytar həkim hücumla əlaqədar polisə müraciət edib. Şübhəli daha sonra sərbəst buraxılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR