İnsanlara hürriyət, millətlərə istiqlal!

Piratçılıq ABŞ iqtisadiyyatına 30 milyard dollar ziyan vurub

296 24.01.2024 19:46 Dünya A A

Onlayn piratlığın qlobal dəyəri ildə təxminən 71 milyard dollar təşkil edir.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edilir ki, ABŞ Ticarət Palatası hesab edir ki, qeyri-qanuni axın xidmətləri və fayl paylaşımı ilə əlaqəli piratçılıq ABŞ iqtisadiyyatına ildə təxminən 30 milyard dollar ziyan vurur və təxminən 250.000 iş yerinin itirilməsinə səbəb olur.  

Nəşr yazır ki, bəzi pirat saytlar darknet-də populyar olan yalnız dəvətli platformalardır. Eyni zamanda, xidmətlərin əksəriyyəti kifayət qədər qanuni görünür, onlar Google-da axtarış üçün əlçatandır, Facebook-da və TikTok-da reklam olunur. 

Onların maliyyə modeli reklam, abunəlik və qanuni platformalardan daha geniş məzmun seçiminə əsaslanır, çünki onlar bir çox mənbədən video oğurlayırlar.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR