İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pioner qalstuklarımızı odda yandırdıq” – BDU-nun dekanı 20 Yanvar faicəsindən danışdı – VİDEO

1237 25.12.2018 16:29 Maraqlı A A

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev “ARB Günəş” in “Mən məktəbli ikən” verilişinin qonağı olub.

O, Bakı şəhər Osman Mirzəyev adına 190 saylı tam orta məktəbdə təhsil alıb. Şagird ikən dərslərini yüksək qiymətlərlə oxuyub. Ən çox sevdiyi fənlər tarix və ədəbiyyat olub. Kiçik yaşalarından media sahəsinə, jurnalistikaya maraq göstərib. Vüqar Əliyev bildirib ki, anasının arzusu onu həkim görmək olub: “Anamın arzusu idi ki, həkim olum. 11-ci sinfi bitirənə kimi o ümid edirdi ki, fikrimdən daşınıb həkim olacağam” – deyə, Vüqar Əliyev əlavə edib.

Vüqar Əliyev məktəb xatirələrindən danışarkən 20 Yanvar faciəsinə də toxunub. O, söyləyib ki, 1990-cı ildə baş verən bu qanlı hadisə onun məktəb illərinə təsadüf edib: ”Şəhidlərimiz torpağa tapşırılandan 40 gün sonra orta məktəblərdə dərslər bərpa olundu. Məktəbin həyətində tonqal qalayıb pioner qalstuklarımızı odda yandırdıq” – deyə, Vüqar Əliyev bildirib.

dekan 1.jpg (106 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR