Futbolçu sevgilisi Jerard Pikenin xəyanətindən sonra dünya ulduzu Şakiranın kədərli fotoları yayılıb.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, müğənni bu günlərdə Barselonada avtomobil idarə edərkən görüntülənib. Yayılan fotolarda müğənnin çox kədərli və nostalji görünüb.
Qeyd edək ki, Şakira və Jerard Pike 10 il idi ki, Barselonada birlikdə yaşayırdılar. Cütlüyün Milan və Saşa adlı iki övladı var.
Bir müddət bundan əvvəl “Barselona” klubunda oynayan Pikenin komanda yoldaşının anası ilə Şakiraya xəyanət etdiyi ortaya çıxmışdı. Bu günlərdə isə futbolçu Stokholumda məclislərin birində sarışın bir qadınla görünmüşdü.
Xalidə Gəray
Musavat.com






