Böyük şairin kötükcəsi isə həmin şerin ulu babası tərəfindən yazıldığını şübhə altına alıb
Avropa Birliyi ilə Ukrayna arasında dünəndən etibarən vizasız rejim müəyyən olunub. Bu münasibətlə Kiyevin mərkəzində bayram konserti təşkil olunub və orada prezident Petro Poroşenko nitq söyləyib.
Ukrayna prezidenti bütün həmvətənlərini bu əlamətdar günlə bağlı təbirk edib: “Bu Yeni ilin başlanğıcından da vacib hadisədir. Biz artıq yeni tarixi dövrə qədəm qoyuruq. Bu hadisəUkraynanın Rusiya imperiyası, ölkəmizin demokrat dünyasının Rusiyanın avtoritar dünyası ilə vidalaşdığını göstərir”.
Bundan sonra Poroşenko bayram konsertindəki çıxışını Rusyanın böyük şairi Mixail Lermontovun “Nemıtaya Rossiya” (Kirli Rusiya-red.) şerindən misralarla bəzəyib:

Прощай, немытая Россия,
страна рабов, страна господ.
И вы, мундиры голубые,
и ты, им преданный народ.
Əlvida, kir-paslı, çirkli Rusiya,
Ağalar ölkəsi, qullar ölkəsi.
Əlvida ey mavi mundirli kəslər,
Bir də sən, xalq, onların sadiq köləsi
(Tərcümə Xalid Kazımlınındır-red.)
Bundan başqa Poroşenko Rusiya demokratlarını ölkələrindəki diktatura ilə mübarizəyə çağıraraq, onlara Rusiya klassik poeziyasının banisi sayılan Aleksandr Puşkinin bu misraları ilə müraciət edib:

Товарищ, верь, взойдет она,
звезда пленительного счастья,
Россия вспрянет ото сна,
и на обломках самовластья напишут ваши имена.
Ukrayna prezidentinin bu çıxışı, həm də böyük rus şairlərinin şerləri ilə səslənməsi rusları, deyəsən əməllicə yandırıb-yaxıb. Rusiya Federasiya Şurasının “Müdafiə və təhlükəsizlik üzrə” komitə sədrinin müavini Frans Klintseviç Poroşenkonun Rusiya ilə Mixail Lermontovun şeriylə vidalaşmasını qəribə adlandırıb.
Klintseviçin sözlərinə görə, Lermontovun şerlərində başqa misralar da tapmaq mümkündür: “Məsələn o, şerlərindən birində Poroşenkonun can atdığı Avropanı ölən qladiatora bənzədib.
«Не так ли ты, о европейский мир,
когда-то пламенных мечтателей кумир,
к могиле клонишься бесславной головою,
измученный в борьбе сомнений и страстей,
без веры, без надежд — игралище детей,
осмеянный ликующей толпою»
Poroşenkonun çıxışına Lermontovun nəslindən də reaksiya gəlib. Mixail Lermontovun kötükcəsi, Rusiya İctimai Palatasının üzvü Mixail Lermontov Ukrayna prezidentinə Moskvanın qara təbliğat maşını “Russia Today” telekanalında cavab verib: “Yaxşı olar ki, cənab Poroşenko bu sözləri səsləndirəndə güzgüyə tamaşa edəydi. O zaman kimin kölə, kimin də onu ağası olduğunu anlayardı”.
Nəvə Lermontov hətta bu şerin ulu babası tərəfindən yazıldığını da şübhə altına alıb. O, şerin müəllifinin hələ tam müəyyən olunmadığını iddia edib.

Qeyd edək ki, Ukrayna prezidenti daha öncə ölkəsinin Qərblə iqtisadi inteqrasiyadan başqa, hərbi inteqrasiyası, yəni NATO üzvlüyü barəsində də danışıb.
O, Xarkovda Litva prezidenti Daley Qribauskayte ilə görüş zamanı əsas strateji hədəfin bu yöndə olduğunu, lakin bunun üçün dərin islahatlar aparmaq lazım gələcəyini söyləyib.
İyunun 8-də isə Ukrayna Ali Radası dövlətin xarici siyasi kursu ilə bağlı bir sıra qanunlarda dəyişikliklər həyata keçirib. Qanunverici orqan Ukrayanın yeni prioritetinin NATO üzvlüyü olduğunu təsdiqləyib.
Musavat.com






