İnsanlara hürriyət, millətlərə istiqlal!

Petro Poroşenko: Ukrayna NATO-ya üzv olmaq üçün müraciəti vaxtından əvvəl edəcək

770 09.06.2017 21:26 Siyasət A A

Ukrayna Prezidenti Petro Poroşenko hesab edir ki, ölkəsinin NATO-ya üzvlük üçün Alyansa vaxtından əvvəl müraciət etmək şansı böyükdür.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Poroşenko Xarkovda Litva Prezidenti Dalya Qribauskayte ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

“Qeyd etməliyəm ki, NATO-ya üzvlüyə müraciət etmək üçün qarşıda görüləcək işimiz çoxdur”-,deyə Poroşenko qeyd edib.

Ukrayna Prezidenti əlavə edib ki, NATO-ya üzvlük meyarı Avropa Birliyinə üzlük meyarı ilə üst-üstə düşür. Ona görə də Avropa Birliyinə üzv olmaq üçün Ukraynanın qanunvericiliyinə edilən əlavə və dəyişikliklər NATO üçün də məqbuldur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR