İnsanlara hürriyət, millətlərə istiqlal!

Petkim Külək Elektrik Stansiyasının inşası iyunda yekunlaşacaq

653 26.04.2017 16:48 Dünya A A

Petkim yarımadasında (İzmir, Türkiyə) inşası davam edən Petkim Külək Elektrik Stansiyasının tikintisi tam olaraq bu ilin iyun ayında yekunlaşacaq.

"Report" xəbər verir ki, bunu əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding"in baş direktorunun layihə və investisiyalar üzrə müavini Bilal Quliyev bildirib.

Onun sözlərinə görə, artıq stansiyanın 17 turbinindən 14-nün tikintisi tamamlanıb: "Hər bir turbin 3 MVt elektrik enerjisi istehsal etmək gücündədir. Artıq 20,5 MVt enerjinin satışına başlanılıb. Hazırda sata biləcək gücümüz 42 MVt təşkil edir. Bu ilin iyun ayında 3 turbinin tikintisinin başa çatmasındam sonra tam gücdə, yəni 51 MVt-lıq satışa başlanılacaq".

B.Quliyev onu da qeyd edib ki, satış üçün bütün icazələr alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR