İnsanlara hürriyət, millətlərə istiqlal!

Peter Mixalkov: "Aİ Azərbaycan bələdiyyələrinin Şərq Tərəfdaşlığı proqramında iştirakını dəstəkləyir"

363 28.07.2022 16:50 Dünya A A

"Avropa İttifaqı Azərbaycan yerli özünüidarəetmə orqanlarının Şərq Tərəfdaşlığı ölkələri ərazisində icra edilən "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" proqramında iştirakını dəstəkləyir".

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkov deyib.

Səfir bu barədə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT İnkişaf Proqramı tərəfindən Şərq Tərəfdaşlığı ölkələri ərazisində icra edilən "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" proqramı çərçivəsində təşkil olunan "Göstər və Danış Platforması"nda 6 Azərbaycan yerli özünüidarəetmə orqanlarına qrantlar təqdim edilmə mərasimində deyib.

Onun sözlərinə görə, yerli idarəetmə orqanlarının inkişaf imkanları və bütövlükdə bu kimi məsələlər bütün cəmiyyət üçün önəmlidir: "6 bələdiyyə portfolio yanaşması üçün müraciət edib. 22 bələdiyyə isə şəhər transformasiyası istiqamətində müraciət ediblər. Bu imkanlar, bələdiyyələrin potensialının gücləndirilməsi eyni zamanda mürəkkəb çağırışları dəf etmək baxımından fərqli yanaşmalara imkanlar açmağa davam edir. İnnovativ əsaslı, bilik əsaslı yanaşmaları sınaqdan keçirməklə fayda göstərəcəkdir".

Qeyd edək ki, "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri " proqramı Azərbaycanda bu ilin mart ayında fəaliyyətə başlayıb və proqrama Azərbaycandan 50 yerli özünüidarəetmə orqanı üzv olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR