İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü məsələsində irəli qaçmaq lazım deyil

415 27.02.2025 14:47 Dünya A A

Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqların nəticələri ilə bağlı məlumat təqdim olunacaq, irəli qaçmağa gərək yoxdur.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkə prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

"Bu məsələ ilə bağlı Ər-Riyadda əldə olunmuş prinsipial razılaşmalar var. Hazırda İstanbulda ekspertlər səviyyəsində görüş keçirilir, diplomatlarımız iki prezident arasında telefon danışığı zamanı əldə olunan anlaşmanı və Ər-Riyadda yüksək səviyyəli nümayəndə heyətləri arasında əldə olunmuş razılaşmaları inkişaf etdirmək üzərində işləyirlər. Hələlik qabağa qaçmaq lazım deyil. Danışıqların nəticələri barədə məlumat bu və ya digər şəkildə veriləcək “, - Peskov qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR