İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səylər göstərir

779 26.03.2016 21:21 Dünya A A
“Rusiya  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün ardıcıl şəkildə səylər göstərir”. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.   “Qarabağ məsələsinə gəlincə, əlbəttə, bu cür münaqişələrdə hər-hansı tərəfin sərt mövqe barədə, xüsusən də, gücdən istifadə edilməklə kömək etməyə hazır olması barədə bəyanatlar verməsi, heç cür irəliləyişə şərait yaratmır”, - deyə Peskov bildirib.        

 “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət hələlik irəliləyişlə xarakterizə olunmur. Rusiya prosesdə, asta da olsa, irəliləməyə nail olunması üçün qrupla birgə (Minsk Qrupu-red.)  ardıcıl şəkildə səylər göstərir. Hələlik  öyünməyə heç bir əsas yoxdur, lakin yeganə çıxış yolu “beşliyin” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”, - deyə o əlavə edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR