İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Putin-Zelenski görüşünün məqsədi Donbassda vəziyyətin nizamlanması ola bilməz”

787 27.04.2021 17:21 Siyasət A A

“Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşünün məqsədi Donbassda münaqişənin nizamlanması istiqamətində müzakirə aparmaq ola bilməz”.

APA-nın “TASS”a istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

O, bildirib ki, Vladimir Putinin də mövqeyi istisnasız olaraq bundan ibarətdir.

“Mümkün görüşün gündəliyi ətrafında bir çox detallara aydınlıq gətirilməlidir. Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Ukrayna tərəfi ilə müzakirələri davam etdirir. Rəsmi Kiyev hələlik danışıqların baş tutacağı yer qismində Moskvadan fərqli məkan təklif etməyib”.

Onun sözlərinə görə, Rusiyanın paytaxtı analoji danışıqlar üçün ideal variant ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR