İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: "Moskva XİN başçılarının görüşünün konstruktiv dialoqa zəmin yaradacağına ümid edir"

380 01.10.2019 23:38 Siyasət A A

"Moskva ümid edir ki, 2008-ci ildən bəri Rusiya və Gürcüstan xarici işlər nazirlərinin ilk görüşü konstruktiv dialoq üçün zəmin yaradacaq".

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə deyib. Onun sözlərinə görə, XİN başçılarının görüşünə Tbilisidə verilən reaksiya adekvat olmayıb.

D.Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Gürcüstan arasındakı tarixi dostluq münasibətlərini yüksək qiymətləndirir:

"Bütün Rusiya kimi Kreml də yaxşı münasibətləri bərpa etmək istəyir, amma rəsmi Tbilisi problemlərlə üzləşir", - deyə D.Peskov əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR