İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərviz Şahbazov: "Xəzərin külək potensialının istismarı üzrə yol xəritəsi hazırlanır"

238 05.11.2021 10:15 Dünya A A

"Azərbaycanda Xəzərin külək potensialının istismarı üzrə yol xəritəsi hazırlanır. Bunu biz Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırlayırıq"

Musavat.com bildirir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, layihəyə müvafiq mütəxəssislər də qoşulub:

"Bu, hərtərəfli bir yol xəritəsi olacaq. Bunun əsas məqsədi ondan ibarət olacaq ki, Xəzərdəki külək enerjisinin potensialını istifadəsi necə mümkün ola bilər. Həm iqtisadi, texniki, həm də kommersiya nöqteyi nəzərdən cəlbedici olması lazımdır ki, müvafiq investisiya layihələri bu istiqamətdə həyata keçirilə bilsin".

Pərviz Şahbazov jurnalistlərə açıqlamasında onu da bildirib ki, Prezidentin Energetika Nazirliyinə tapşırığı əsasında hazırda bütün regionda yaşıl enerji zonasının tərbiqi ilə bağlı konsepsiya sənədi hazırlanır: "Hazırda proses son mərhələdədir. Konsepsiya imkan verəcək ki, bölgədə enerji istehsalı tam şəkildə bərpa olunan enerji vasitəsilə həyata keçirilsin. Həmçinin istehlak hissəsində də yaşıl texnologiyaların tətbiqi sahəsində yaşıl artıma nail olaq. Bu, bütün işğaldan azad olunan ərazilərdə tətbiq olunacaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR