İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərviz Şahbazov: "Neftin qiyməti 60-70 dollar arasında dəyişərsə, bu bizim iqtisadiyyatımız üçün müsbət olacaq"

635 07.02.2019 01:37 İqtisadiyyat A A

"Əgər neftin qiyməti 60-70 ABŞ dolları arasında dəyişərsə, bu bizim iqtisadiyyatımız və planlarımız üçün müsbət olacaq".

"Report" xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, həmin rəqəm istehsalçı və istehlakçılar üçün də yaxşı qiymətdir.

Nazir həmçinin OPEC və tərəfdaşlarının hasilatın azaldılması sazişini bu ilin sonunadək artıra biləcəklərini açıqlayıb:

"Qərarın uzadılması ehtimalı var. Dekabrda 2019-cu ilin 6 ayı müddətində hasilatın hər gün 1,2 mln. barel azaldılması ilə bağlı razılaşmadan sonra neft qiymətləri 15%-də artıb. Hasilatın azaldılması ilə bağlı saziş apreldə OPEC ölkələrinin nazirlərinin Bakıda keçiriləcək sammitdə ola bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR