
Pərviz Həşimli yeni açdığı saytdan danışdı: ''Ölkədə sayt bolluğu olmasına baxmayaraq...''
“2-3 aya ölkənn ən oxunaqlı portallarından biri olacağıq”
Vicdan məhbusu, ötən aylarda əfv fərmanı ilə azadlığa çıxmış Pərviz Həşimli yeni sayt açıb.
P.Həşimli musavat.com-a açıqlamasında bildirdi ki, gununsesi.info adlı sayt hələlik test rejimində olsa da, qısa bir zamanda tam işlək rejimə keçəcək: “Həbsdən çıxdıqdan sonra ötən müddət ərzində dincəldim.
Bir daha ölkəmizdə baş verən prosesləri öyəndim. Əvvəllər də dediyim kimi, media fəaliyyətimi davam etdirmək qərarına gəldim. Ona görə də yeni bir layihəyə start verdim. gununsesi.info saytını qurdum. Hesab edirəm ki, saytımızın adı da uğurlu seçimdir. Ölkədə sayt bolluğu olmasına baxmayaraq, öz potensialıma güvənirəm. İnanıram ki, "gununsesi.info" 2-3 aydan sonra Azərbaycanın ən oxunaqlı portallarından biri olacaq".
P.Həşimli qeyd edib ki, saytın müstəqil kursu olacaq. Bundan başqa, kollektiv də artıq formalaşmaq üzrədir: “Çevik bir kollekivimiz olacaq. Müstəqil araşdırmaçı jurnalistlərlə əməkdaşlıq edəcəyik”.
Sevinc
Musavat.com







