İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvin Abıyeva: "Rəfiqəm sevgilimlə görüşüb, otelə gedib"

2268 22.10.2019 19:11 Şou-biznes A A

Aktrisa Pərvin Abıyeva “Hər şey daxil” verilişinin qonağı olub.

Musavat.com xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı gözlənilməz açıqlama verib. 

Aktrisa sevgilisi ilə rəfiqəsinin ona xəyanət etdiyini deyib: "Dostluq edəndə, hər şeyimi ortaya sərirəm. Maddi və mənəvi hər şeyimi qoyuram, açıqda... Zəif nöqtəmi də deyirəm. Sonra da bunu mənə qarşı çevirirlər. Ən yaxın rəfiqəm sevdiyim oğlanla görüşüb. Hətta onunla otelə də gedib. Özünə demədim, amma hər yerdən "qara siyahı"ya atdım. Qızın xəbəri yoxdur, bunu bilirəm".

O, canlı yayımda Tolikin "Qızlar oturub, ağ atlı oğlanın yolunu gözləyir, heç ağ atlı eşşək də yoxdur. Sənin ailə quracağın oğlan hansı kriteriyalara malik olmalıdır” sualını belə cavablandırıb: "Bu günə qədər ağ atlı oğlan gözləyə-gözləyə bəxtimə ağ eşşəkli oğlan gəlib çıxıb. Eşşəyi minirsən, ata çatanacan”. 

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR