İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib - Foto

2635 23.07.2019 23:21 Media A A

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova "Azərbaycan Universitetləri" facebook səhifəsinin keçirdiyi sorğunun qalibi olub.

Milli Mətbuat günü ərəfəsində keçirilən sorğuda 2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinin mətbuat xidmətləri arasında məlumatların say baxımından ən çox, keyfiyyət baxımından ən yaxşı, operativliyinə görə ən çevik jurnalisti adına layiq görülən Pərvanə İbrahimova həmin səhifənin keçirdiyi sorğuda ikinci dəfə "Ən yaxşı mətbuat katibi" seçilib.

"Azərbaycan Universitetləri" səhifəsinin rəhbəri Zöhrab Süleyman diplomu P.İbrahimovaya təqdim edib.

BDU Mətbuat və informasiya şöbəsinin müdiri, öz növbəsində, Z.Süleymana və seçimdə iştirak edən səhifə üzvlərinə təşəkkür edib./SalamNews/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR