İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvanda və Kabildə törədilən partlayışların məsuliyyətini “Taliban” üzərinə götürüb

262 17.09.2019 18:09 Son xəbər A A

Əfqanıstanın Pərvan əyalətində və ölkənin paytaxtında törədilən partlayışların məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb

AZƏRTAC xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.

Sentyabrın 17-də Əfqanıstan Prezidenti Əşrəf Qaninin seçki qərargahının Pərvan əyalətində mitinq keçirdiyi yerin yaxınlığında iki partlayış törədilib. Nəticədə azı 24 nəfər həlak olub, 31 nəfər yaralanıb. Hücum Prezident Əşrəf Qani çıxış etməyə hazırlaşdığı məqamda baş verib. Prezidentə xətər toxunmayıb.

Bir qədər sonra Kabilin mərkəzində daha bir partlayış baş verib. Azı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Əfqanıstanda prezident seçkilərinin vaxtı bir neçə dəyişdirilib. Bu ilin martında müstəqil seçki komissiyası seçkilərin 2019-cu il sentyabrın 28-də keçiriləcəyini elan edib. “Taliban” hərəkatı hökuməti seçkiləri pozmaqla hədələyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR