İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqondan Rusiyaya qarşı fotofakt: qoşunlar geri çəkilməyib

3097 10.05.2014 19:48 Son xəbər A A
ABŞ Müdafiə Nazirliyinə görə, Rusiya qoşunları hələ də Ukrayna ilə sərhədə yaxın rayonlardadır və müdaxiləyə hazır vəziyyətdədir. 

Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun rəsmi şəxsi, kontr-admiral Co Kirbi bildirib.

“Biz hələ ki, qoşunların geri çəkilməsinə dəlalət edən  heç bir əlamət görmürük. Orada böyük sayda ordu birləşmələri, həm də yüksək  döyüş hazırlığı vəziyyətində saxlanılır”, - deyə Kirbi əlavə edib.

Pentaqon rəsmisi bir daha Moskvanı öz ordusunu sərhəddən geri çəkməyə çağırıb, çünki “onun mövcudluğu vəziyyətin yumşalmasına xidmət eləmir”.

“Ukrainskaya pravda”nın məlumatına görə, ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet dünən öz twitter səhifəsində rus hərbi birləşmələrinin hələ də sərhəddə olduğunu təsdiqləyən fotolar paylaşıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR