İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon saymaqda davam edir: “Rusiya Ukraynaya 600 raket atıb”

494 07.03.2022 12:16 Dünya A A

Müharibə başlayandan Rusiya Ukrayna ərazisinə 600 raket atıb və sərhədlərdə toplanan gücün 95 faizindən istifadə edib.

Azpost.info xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb. Pentaqon rəsmisi bildirib ki, ABŞ Xerson və Nikolayevdə döyüşləri diqqətlə izləyir: “Rus qoşunları hələ də Kiyev, Xarkov, Çerniqov və Mariupolu mühasirəyə almağa çalışdı. Lakin irəliləyiş Ukraynanın güclü müqaviməti ilə qarşılaşdı və bu, Rusiyanın irəliləyişini ləngitdi”.

Bu arada, Kiyevin şimalında, təxminən 64 kilometr yolu əhatə edən nəhəng Rusiya karvanı faktiki olaraq yerində qalır. Lakin onun Kiyevdən nə qədər uzaq olduğu barədə məlumat yoxdur. Ötən həftənin sonunda o, Kiyevin mərkəzindən təxminən 25 kilometr aralıda idi. ABŞ-ın fikrincə, hələlik heç bir tərəfin səmada üstünlüyü yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR