İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon Rusiya raketlərinin İran ərazisinə düşdüyünü təsdiqlədi

1076 09.10.2015 23:38 Dünya A A

Pentaqon başçısı Eşton Karter ABŞ-da 4 Rusiya raketinin Suriyaya çatmadan İrana düşdüyünü dolaysıyla təsdiqləyən məlumatlar olduğunu bildirib.
 
Musavat.com-un xarici qaynağa istindən verdiyi məlumata görə, Karter raketlərin nasaz olmasını ehtimal edib. 

Bundan öncə ABŞ Dövlət Departamenti KİV-lərin anonim amerikalı məmurlara istinadən raketlərin İran ərazisinə düşdüyü barədə yaydığı məlumatları təsdiqləyə bilməyəcəyini bəyan eləmişdi. 

Xəbər verildiyi kimi, Xəzər dənizindəki Rusiya donanmasına məxsus 4 gəmidən çərşənbə günü səhər Suriyaya 26 raket buraxılıb. Az sonra raketlərdən dördünün Suriya ərazisinə çatmadığı və İran ərazisində partlaması haqda xəbərlər yayılıb. 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR