Pentaqon: İŞİD-in maliyyə vəziyyəti pisləşib
İŞİD terror qruplaşmasının əsas gəlir mənbələrindən biri onun tutduğu şəhərlərdə ələ keçirdiyi banklardan qarət eidlən böyük paralar olub. Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.
“İŞİD silahlıları İraqda yeni ərazilər ələ keçirir, bankları qarət edir və böyük məbləğdə pullara sahiblənirdilər. Ancaq artıq onların təsir dairəsi genişlənmir. O səbəbdən maliyyə vəziyyətləri pisləşib”, - deyə Pentaqon sözçüsü qeyd edib.
Lakin onun sözlərinə görə, İŞİD hələ bütün gəlir mənbələrini itirməyib. “Onların pulları hələ ki, var. İŞİD ianələr alır və qara bazarda neft satır” - əlavə edib Kibri.
Musavat.com






