İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Artımın məbləği açıqlandı

7600 19.06.2024 08:13 Sosial A A

"2024-cü ilin büdcəsinin dürüstləşdirilməsi layihəsində sosial müdafiə xərclərinin azaldılması barədə səslənəın fikirlərin, iddiaların heç bir əsası yoxdur. Hüquqi, iqtisadi-sosial baxımından bu iddialar məntiqsizdir. Görünür iddiaları səsləndirənlər naşı, büdcə anlayışından xəbərsiz adamlardır. Eyni zamanda məkirli şəkildə bu kimi fikirləri yayanların da olması mümkündür".

Musavat.com xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dürüstləşdirilmiş gəlirləri 190 milyon manat artıb:

"Gəlirlərin strukturunun dəyişdirilmıəsi nəzərdə tutulur. Belə ki, DSMF-nin gəlirləri bir neçə mənbədən formalaşır. Onlardan biri sosial sığorta haqlarıdır. Digər mənbə isə dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan transfertdir. DSMF-nin də əsas məqsədlərindən biri yavaş-yavaş öz büdcəsini təmin etməklə dövlət büdcəsindən asılılığı aradan qaldırmaqdır. Bununla transfertləri minimuma endirmək mümkün olacaq. Bir zamanlar bu transfertlərin məbləği DSMF-nin büdcəsinin 50 faizinə qədər idi. İndi isə bu rəqəm 20 faizdən azdır. Yeni dürüstləşmədən sonra isə 17 faizə qədər enməsi gözlənilir".

Komitə sədri dövlət büdcəsindən DSMF-yə transfertlərin nə zaman edilməsi məsələsinə də aydınlıq gətirib:

"Dövlət öhdəlikləri olan sosial xərclər mövcuddur. Bu, ölkə başçısının təyin etdiyi təqaüdlər və digər ödənişlərlə bağlıdır. Bəzi kateqoriyaya aid pensiyaçılar var ki, onların ödənişlərinə əlavələr məhz bu qaydada edilir. Vaxtilə pensiyaçıların pensiyasını tam ödəmək mümkün olmurdu. Ona görə də, dövlət büdcəsindən, Dövlət Neftd Fondundan (DNF) DSMF-yə transfertlər edilirdi".

Musa Quliyev son illər aparılan islahatlar nəticəsində ölkəmizdə orta aylıq əməkhaqqının da dəfələrlə artdığını söyləyib:

"Sosial sığorta fondunun büdcəsinə ayırmalar orta aylıq əməkhaqqının məbləğinə bağlıdır. Eyni zamanda sosial sığorta sistemindəki sağlamlaşma, optimallaşdırma tədbirləri həyata keçirilib. Müzdlu əməklə çalışanların sayı artıb. Artıq qeyri-leqal çalışanların sayı azalıb. Leqal yolla çalışanlar vergi və sosial ödəniş sistemində iştirak edir. Bu səbəbdən də sosial sığırta fondunun büdcəsi artıq 7 milyard manata yaxınlaşır. Ona görə də, DSMF-yə transfertin azaldılması tam təbiidir. Ötən ilin sonunda DSMF-nin o cümlədən dövlət büdcəsinin müzakirələri zamanı təklif edilmişdi ki, DSMF-nin gələn il üçün yəni, bu il büdcəsi artırılsın. Təxminən 600 milyon manatlıq artım nəzərdə tutulub. Bu da pensiyaların, sosial müavinətlərin artımına, sanator-kurort, müalicə və s. məsələlərə xərclənir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR