İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiya və maaşlarla bağlı SEVİNDİRİCİ XƏBƏR - Bu qədər artırılacaq

2931 17.10.2023 18:12 Sosial A A

Ötən gün Azərbaycanın 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi 2 milyard 590 milyon kəsir ilə Milli Məclisə təqdim olunub. Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin orta qiymətinin bir barrel üçün $60 səviyyəsində hesablanıb.

Bəs növbəti il üçün hansı istiqamətlərdə xərclərin artırılması nəzərdə tutulub?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a bildirib ki, 2024-cü ildə bir sıra istiqamətdə xərclərin artırılması nəzərdə tutulub:

“Bu xərclər arasında ən mühüm xərclərdən biri sosial xərclərdir. Sosial xərclərin gələn il ərzində artırılması nəzərdə tutulub. Bu istiqamətdə 4,5 milyard manat vəsait ayrılacaq. Ümumiyyətlə, dövlət büdcəsinin xərclərinin 40 faizindən çoxu sosial yönümlü xərclər olacaq. Eyni zamanda təhsilə ayrılan xərclərdə də artımlar nəzərdə tutulub. Büdcə kəsri əvvəlki illərdə də proqnozlaşdırılmışdı, amma qeyri-neft sektoruna daxilolmanın hesabına büdcə iclasında propsit qeydə alınır”.

Deputat qeyd edib ki, növbəti ildə gözlənilir ki, bu neftin dünya bazar qiymətindən və qeyri-neft sektoruna daxilolmalardan asılı olacaq. Onun sözlərinə görə, neftin dünya bazar qiymətində büdcədə proqnozlaşdırılan daha çox qiymətin qeydiyyata alınması büdcəyə daha çox vəsaitin daxil olmasına şərait yarada bilər.

“Bütövlükdə 2024-cü ilin dövlət büdcəsi də sosial xarakterlidir və növbəti il sosial istiqamətə ayrılan vəsaitlərin artırılması pensiya və əməkhaqlarının artırılması üçün baza formalaşdıracaq” – deyə Vüqar Bayramov əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR