İnsanlara hürriyət, millətlərə istiqlal!

Pəncşirə edilən hücum zamanı müqavimət qüvvələrinin sözçüsü öldürülüb

1029 06.09.2021 04:58 Dünya A A

Əfqanıstanın Pəncşir əyalətində gedən döyüşlər zamanı müqavimət qüvvələrinin sözçüsü Fahim Daşti öldürülüb.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın "Khaama Press" agentliyi məlumat yayıb. Dəştinin Əfqanıstan İslam Cəmiyyəti Partiyasının görkəmli üzvlərindən olduğu bildirilir.

Onun hansı şəraitdə və necə öldüyü dəqiqləşdirilməyib.

Qeyd edək ki, daha əvvəl müqavimət qüvvələrinin lideri Əhməd Məsud “Taliban” döyüşçülərinin əyaləti tərk edəcəyi təqdirdə, döyüşləri saxlamağa və danışıqlara başlamağa hazır olduğunu bildirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR