İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseynin Erkin Qədirliyə sərt cavabı: "Təslimçi məzmunlu, təxribatçı mahiyyətli..."

2686 23.05.2020 14:06 Siyasət A A

''Heç kəs xalqın işğalla barışacağı və bu vəziyyətin davam etməsinə dözəcəyi barədə xam və xain xəyallara düşməməlidir! ''

 

Musavat.com cavab verir ki, sabiq baş nazir, AXP sədri Pənah Hüseyn deputat Erkin Qədirliyə sərt cavab verib. Belə ki, deputatın yazdığı "Cəmiyyətimiz müharibəyə hazır deyil..." başlıqlı status fikir ayrılığını ortaya çıxardıb. Yazı bu linkdə

https://musavat.com/news/cemiyyetimiz-muharibeye-hazir-deyil-real-ci-deputat_704440.html

Pənah Hüseyn bu yazıdakı tezislərə cavab yazıb və onları Musavat.com-a göndərib. Biz də bu cavabı oxucuların mühakiməsinə təqdim edirik:

""Azərbaycan cəmiyyəti təcavüzə məruz qaldığı ilk gündən işğal olunmuş torpaqların azad olunması uğrunda , Qarabağ uğrunda özünümüdafiə müharibəsinə, azadlıq müharibəsinə, Vətən müharibəsinə hazır və qadir olduğunu nümayiş etdirib. 1988- ci ildən bəri müharibəyə hazır olmayan, 1988- ci ildən bəri, rəhbərliyinə mənim də daxi olduğum hökumət daxil, Azərbaycan hökumətləri olub. Təəssüf ki, müharibəyə hazır olmayan indi də hökumətdir.

Əvvələr cəmiyyətin demokratiyaya hazır olmadığını yazdığını fəxrlə vurğulayan realçı deputat Erkin Qədirli bu dəfə Azərbaycan cəmiyyətinin müharibəyə hazır olmadığı tezisilə çıxış edib. Ermənilər və bütün azərbaycanlıfoblar ancaq müharibə riskindən bunu deyirlər... ''Azərbaycan xalqı , Azərbaycan cəmiyyəti, demokratiyaya və müharibəyə hazır deyilər, buna qadir deyillər...''

Baxmayaraq ki, Erkin Qədirli dərhal dediyinin fərqində olaraq - "Yanlış anlaşılmasın deyə, bunu da yazım - problem hazır olmamağımızda deyil, hazırlaşmamağımızdadır, aydındır ki, burda da məsuliyyət hökumətin üzərinə düşür", qeyd -şərtini verir bu onun dediklərinin , subyektiv niyyətindən asılı olmayaraq (mən bu niyyətin "üstün ağıl" nümayişi olduğu qənaətindəyəm,) düşmən təbliğatına xidmət etmə, Azərbaycan xalqın mübarizə əzmini yıpratma, Azərbaycan cəmiyyətində təslimçilik övqatı yaratma təsirini, təxribatçı məzmununu və mahiyyətini dəyişmir.

Əgər cəmiyyət demokratiyaya hazır deyil tezisi avtoritarizm, antidemokratiya , istibdad meyllərinə və daşıyıcılarına haqq qazandırmağa xidmət edirsə, Azərbaycan cəmiyyəti müharibəyə hazır deyil tezisi birbaşa xarici düşmənə xidmət edir. Bunun başqa adı yoxdur.

Cəmiyyət ,təcavüzkarın işğal altında qalan Qarabağda kukla "Arsak Respublikası" prezidenti seçkiləri şousu, və bundan sonra 21mayda qondarma prezidentin inaqurasiya məzhəkəsinin Şuşada təşkil etməsini Azərbaycan xalqına və dövlətinə qarşı meydan oxunma kimi qəbul etdi. Harda yaşamasından asılı olmayaraq on minlərlə, yüz minlərlə vətəndaşımız işğal olunmuş torpaqların azad olunması, düşmənin cəzalandırılması üçün döyüş əməliyyatlarının başlanmasına , azadlıq müharibəsinə, Vətən müharibəsinə çağrışlar şəklində mövqe ortaya qoydu və bu müharibədə iştiraka hazır olduqlarını ifadə etdi. Böyükdən kiçiyə, qocadan cavana bütün insanlarımız bu savaşda qanı, canı malı ilə bütünlüklə öz ordusunun, əsgərinin yanında olduğunu bütün dünyaya hayqırdı. Hökumətin susqunluğuna , çəkingənliyinə etraz etdi. Düşməni vur deyə tələb etdi! Hökumətlərinin təqsiri ucbatından torpağı işğal olunmuş, müharibə uduzmuş bir xalq, səbəbkarı olmadığı bu məğlubiyyətdən 30 il sonra, dünyanı sarmış COVİD -19 fəlakəti dövründə insanların can hayında qaldığı bir dövrdə Şuşada inaqurasiya rəzalətinə biganə qalmamağı, orta qoyduğu vətənpərvər mövqe, hiss , həyəcan, duyğu, işğalla , məğlubiyyətlə baraşmazlıq iradəsi nümayiş etdirdi ki, pandemiyadan əvvəlki dönəmdə olduğu kimi, pandemiya dövründə və bundan sonra da Qarabağın azad olunması Azərbaycanın bir nömrəli milli problemi kimi qalır və qalacaqdır! Göstərdi ki, nə xaricdə, nə də daxildə heç kəs xalqın işğalla barışacağı və bu vəziyyətin davam etməsinə dözəcəyi barədə xam və xain xəyallara düşməməlidir! Və nə mütlu ki, Şuşada inaqurasiya rəzaləti cəmiyyətdə , ''Xankəndi bizim deyilmi ki'', düşünən, mən daxil özünü praqmatik, ağıllı, çoxbilmiş bilənlər üçün gözlənilməz olan bu hiss və həyəcana səbəb oldu! Eşq olsun bu hissə , bu duyğuya, bu həyəcana! Mütləq olacaq qələbəmizin rəhni budur!

Şuşada baş verən andiçmə mərasiminə bu cür reaksiya məhz cəmiyyətin öz torpaqlarını azad etmək uğrunda azadlıq müharibəsinə, özünümüdafiə müharibəsinə , Vətən müharibəsinə hazır olduğunun göstəricisi idi. Cəmiyyət bütün təcavüz dövründə azadlıq, özünü müdafiə müharibəsinə hazır olduğunu mümayiş etdirib və həmişə məhz hökumətlər müharibəyə hazır olmadıqlarını göstərib. 1988-ci ildən bəri belə olub və indi də belədir ''.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR