İnsanlara hürriyət, millətlərə istiqlal!

PƏNAH HÜSEYNİN ADINDAN SAXTA “KÖLGƏ KABİNETİNİ” KİM HAZIRLAYIB?

1307 01.06.2011 09:19 Siyasət A A
“Bu barədə mənə jurnalistlər xəbər verdilər. Mənim adımdan yaradılan profil tamamilə saxtadır. Mənim Facebookda profilim yoxdur. Həmçinin İctimai Palatanın Analitik Mərkəzi də mövcud deyil. Adıma kimlərsə saxta profil açıb olmayan Analitik Mərkəz haqqında və olmayan siyahıdan yazıblar”.
P.Hüseyn qeyd etdi ki, İctimai Palatada, o cümlədən Koordinasiya Şurasında hələ “kölgə kabineti” mövzusunda heç bir müzakirə belə aparılmayıb: “Yalnız mən İctimai Palatanın son sessiyasında çıxışımda bir sıra təkliflər, o cümlədən ”kölgə kabineti" ilə bağlı konseptual məsələlərin müzakirələrinə başlanmasını təklif etmişəm. Təklifdən o yana heç bir müzakirə-filan olmayıb. Mən çıxışımda da, mətbuatda da bildirmişəm ki, hazırda “kölgə kabineti”nin nə tərkibinin müəyyənləşdirilməsi, nə də prezidentliyə və baş nazir vəzifəsinə namizədlərin müəyyən edilməsinin vaxtı deyil və belə bir addım atılmır. Mən təklif etmişəm ki, ideya müzakirə edilməlidir, konseptual baxımdan bu məsələ barədə mövqelər müəyyənləşməlidir. Ona görə də bəyan edirəm ki, “kölgə kabineti” mövzusunda saxta profildə yayılan informasiya həqiqətə uyğun deyil".
P.Hüseyn hesab edir ki, bu hadisə təxribat da ola bilər, kiminsə həvəskar işinin məhsulu da: “Ola bilsin ki, İctimai Palatanın ”kölgə kabineti" kimi mühüm məsələlərin müzakirəyə çıxarılacağı müəyyən dairələri narahat edib. Ona görə də Facebookda o cür saxta profil hazırlanması və yalan informasiya yerləşdirilməsini təşkil ediblər".
Belə görünür ki, kimlərsə ideya müəllifini “qabaqlayaraq” onun adından artıq “kölgə kabineti”ni yaradıb, prezidentliyə və baş nazirliyə namizədləri də “müəyyənləşdiriblər”.
Bu hərəkətin ölkədəki siyasi qüvvələr arasındakı birliyi pozmaq və intriqa yaratmaq olduğu güman edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR